Verizon-un Yahoo-nu satın alacağı ötən həftə gündəmə gəlmişdi.
Xarici mediada yayımlanan məlumatlara görə, nəhayət Yahoon-un idarə heyəti satışı təsdiqləyib.
Deyilənə görə, Verizon Yahoo-nun əsas hissələri üçün 4,8 milyard dollar ödəyib.
Veb portalı deyəndə ilk ağıla gələn ad olan Yahoo Silikon Vadisinin ən köklü startaplarından biridir. 1994-ci ildə Stanford tələbələri Jerry Yang və David Filo tərəfindən yaradılıb.
Verizon-un rəqəmsal media gücü bir az daha artıb
Verizon əslində ABŞ-ın ən böyük kabelsiz telekommunikasiya xidmətləri təchizatçısıdır.
Bu satınalmayla Yahoon-un axtarış, mobil və reklam müəssisələrinin sahibi olan Verizon bununla da rəqəmsal media gücünü də ikiyə qatlamış oldu.
Rəsmi olaraq bu gün və ya sabah açıqlanması nəzərdə tutulan satınalma xəbəri Techrunch-da yayımlansa da, sonradan geri götürülüb.
Hazırda Yahoon-un NASDAQ birjasında bazar dəyəri təxminən 38 milyard dollardır ətrafındadır.
Xeberler.az