“Bakı Metropliteni” QSC-nin Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə avqustun 15-də start verilir.
Bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, layihənin həyata keçirilmə məqsədi, görüləcək işlər, tikinti dövründə ictimai nəqliyyatın tənzimlənməsi və xətlərin ayrılmasının sərnişinlərə qazandıracağı üstünlüklər barədə videotəqdimatdan ətraflı məlumat ala bilərsiniz:
“Xətlərin ayrılması layihəsi Bakı metropoliteninin gələcək inkişafı üçün seçim deyil, strateji zərurətdir”.







