“Cib Pay” MMC-nin nizamnamə kapitalı artırılıb.
Banker.az xəbər verir ki, şirkət nizamnamə kapitalını 100 min manat artıraraq 1 milyon 387 min manata çatdırıb.
Bundan əvvəl MMC-nin nizamnamə kapitalı 1 milyon 287 min manat olub.
Onu da bildirək ki, “Cib Pay” MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Söhrab Fərhadovdur. CİB Pay çox funksiyalı ödəniş xidmətləri təchizatçısıdır. Müxtəlif ödəniş kanalları üzərindən pul vəsaitlərinin toplanmasını həyata keçirir.







