Ali Məhkəmənin hakimi təqaüdə göndərildi

Avqustun 5-də Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Şahin Yusifovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxış edərək bildirib ki, Ş.Yusifov uzun illər məhkəmə-hüquq sistemində müxtəlif məsul vəzifələrdə çalışıb. O, 2007-ci ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2010-2020-ci illərdə isə Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri kimi fəaliyyət göstərib. O, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Tərəqqi” medalı və II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, 1961-ci il təvəllüdlü Ş.Yusifov 1987-1989-ci illərdə Gürcüstan Respublikası Kutaisi qarnizonu hərbi prokurorluğunun müstəntiqi, 1989–1992-ci illərdə Naxçıvan qarnizonu hərbi prokurorluğunun baş müstəntiqi, hərbi prokurorun köməkçisi, hərbi prokurorun müavini və hərbi prokuror, 1992-2000-ci illərdə Bakı qarnizonu hərbi məhkəməsinin sədr müavini, 2000-2007 Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi – Hərbi Məhkəmələrin İşləri üzrə Məhkəmə Kollegiyasının sədri, 2008-ci ildə Ali Məhkəmənin Hərbi Məhkəmələrin İşləri üzrə Məhkəmə Kollegiyasının sədri, 2010-2020-ci illərdə Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri vəzifələrində çalışıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər