Qazaxıstanın “KazMunayQaz” milli neft-qaz şirkəti 2026-cı ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını 2025-ci illə müqayisədə 31 % artıraraq 1,7 milyon tona çatdırmağı planlaşdırır.
Banker.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Bu ilin yanvar-iyun aylarında Aktau limanı vasitəsilə BTC neft kəməri istiqamətində 704 min ton Qazaxıstan neftinin tranziti həyata keçirilib.
Boru kəmərinin uzunluğu 1 768 kilometr, ötürücülük qabiliyyəti isə ildə 50 milyon tondan çoxdur.







