Tramp: Çinin kriptovalyuta sahəsində hökmranlıq etməsinə imkan verməyəcəyik

Vaşinqton Çinin süni intellekt və rəqəmsal aktivlər sahəsində lider mövqe tutmasına imkan verməməlidir.

Bunu ABŞ Prezidenti Donald Tramp “Punchbowl News” a verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, ABŞ süni intellekt və kriptovalyutalar sahəsində qlobal liderliyini qorumalıdır.

Tramp bildirib ki, ABŞ süni intellekt texnologiyalarının inkişafı və kriptovalyuta sənayesinin genişlənməsi baxımından Çini qabaqlamağa davam etməlidir. O vurğulayıb ki, Pekinin bu strateji əhəmiyyətli sahələrdə dominant mövqeyə yüksəlməsini istəmir.

“Hər halda, biz süni intellekt sahəsində Çini qabaqlayırıq. Heç kim bunun mümkün olacağını düşünmürdü”,-deyə Tramp bildirb.

ABŞ Prezidentinin sözlərinə görə, kriptovalyutaların yayılması sürətlə davam edir və getdikcə daha çox insan bitkoindən ödəniş vasitəsi kimi istifadə edir. Tramp hesab edir ki, rəqəmsal aktivlərin inkişafı ABŞ iqtisadiyyatının maraqlarına uyğundur və ölkənin rəqabət qabiliyyətinin güclənməsinə xidmət edir.

MənbəTREND
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər