16 C
Baku
Tuesday, April 30, 2024

Zimbabve multimilyonçular ölkəsi

Bu ölkədə yaşayan insanların 100%-i milyonçudur. Lakin çox təəssüf ki, burada yaxşı heç nə yoxdur.

Zimbabvedə böhran 2000-ci ildə, prezident Muqabenin torpağı ağlardan alıb qaralara verdiyi vaxtdan başlanmışdı. Elə o vaxtdan da bütün aqrar sektor dağılmış, ölkəyə qarşı sanksiyalar tətbiq olunmuş, inflyasiya baş qaldırmışdır.

Bu il inflyasiya bir il üçün rekord 231 milyon faiz təşkil etmişdir.

Siz bu rəqəmi dərk etdinizmi? Bir ildə 231 000 000%.  İşsizlik – 80%-ə çatmış, ölkə sakinlərinin üçdə biri onu tərk etmişdir.

Zimbabve – dünyanın yeganə ölkəsidir ki, burada ən iri əskinas – 50 minlikdir, ən ucuz tualet kağızının bir rulonun qiyməti isə 100 000-dir. əgər 100 000 dollarlıq əskinası ən kişik əskinaslara, yəni 5 Zimbabve dollarlari ilə dəyişsək, 20 000 əskinas alarıq.  Tualet kağızının bir rulonunda 72 hissə vardır. Belə çıxır ki, Zimbabvedə tualet kağızı əvəzinə dollar işlətmək 278 dəfə həmin pula tualet kağızı almaqdan sərfəlidir.  Bununla belə, Zimbabvedə satılan ən ucuz tualet kağızlarının keyfiyyəti də əskinasların keyfiyyətindən yaxşı deyil.

Son xəbərlər
 ⁠
Digər xəbərlər