“Mərmər İnşaat” ASC 2025-ci ili 5 milyon 753 min manat xalis mənfəətlə başa vurub ki, bu da 2024-cü illə (9 milyon 879 min manat) müqayisədə 42% azdır.
Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.
Şirkətin satış gəlirləri 2025-ci ildə 2024-cü illə müqayisədə 41.4% azalaraq 44 milyon 311 min manata düşüb (2024: 75 milyon 590 min manat). Satışın maya dəyəri 30.1% azalaraq 41 milyon 76 min manat təşkil edib.
Şirkətin cəmi aktivləri illik müqayisədə 9.3% azalaraq 57 milyon 506 min manata enib, cəmi öhdəlikləri 15% azalaraq 37 milyon 761 min manat, cəmi kapitalı 3.2% artaraq 19 milyon 744 min manat olub.
Xatırladaq ki, “Mərmər İnşaat” Azərbaycanın qeyri-yaşayış binalarının tikintisi üzrə fəaliyyət göstərən şirkətlərindən biridir və qanuni təmsilçisi Azər Bayramovdur. Onun səhmdarı 100 % Hürzat Axundovadır.







