Sabiq deputat Rusiyada biznes qurarkən 50 min manatını itirib

Milli Məclisin əvvəlki çağırışının deputatı Elşad Mirbəşirlinin Rusiyada biznes qurmaq istəyərkən dələduzluqla üzləşdiyi bildirilir.

Keçmiş deputat Moskvadakı məşhur “Food City” bazarında buzlu kola satışı biznesi qurmaq məqsədilə logistika sahəsində çalışan Gülnar Soltanovaya 50 min manat verib.

İddiaya görə, Soltanova biznesin təşkilini üzərinə götürsə də, sonradan layihə həyata keçirilməyib və verilən vəsait də geri qaytarılmayıb.

Eyni iş üzrə digər zərərçəkmiş Vəkillər Kollegiyasının üzvü, vəkil Nizami İbrahimovdur. O, həmin biznes layihəsi üçün Gülnar Soltanovaya 210 min manat verdiyini və pulunu geri ala bilmədiyini bildirib.

Zərərçəkmişlər vəsaitlərinin qaytarılması üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər. Şikayətlər əsasında aparılan araşdırmadan sonra Gülnar Soltanova cinayət məsuliyyətinə cəlb olunub.

Ona Cinayət Məcəlləsinin 178-ci maddəsi — dələduzluq üzrə ittiham irəli sürülüb. Soltanova barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Qeyd edək ki, şəxs barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığı müddətdə onun təqsiri sübuta yetirilmiş hesab edilmir.

MənbəQafqazinfo
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər