Kolumbiya Prezidenti Abelardo de la Espriella dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə ölkədə iqtisadi sahədə fövqəladə vəziyyət elan edib.
Dövlət başçısı bununla bağlı keçirdiyi mətbuat konfransında zəlzələdən zərər çəkmiş ərazilərin bərpası prosesinin sürətləndirilməsinin həyati əhəmiyyət daşıdığını bildirib.
Onun sözlərinə görə, hakimiyyət xəstəxanaların, təhsil müəssisələrinin, yaşayış binalarının, yolların və hava limanlarının bərpası üçün, o cümlədən xaricdən daxil olan ianələrin toplanacağı fond yaradacaq.
Prezident qeyd edib ki, fövqəladə vəziyyət çərçivəsində zərərçəkmiş bölgələrdə iqtisadi fəallığın artırılması, investisiyaların təşviqi, layihələrin həyata keçirilməsinə maneələrin aradan qaldırılması və yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.
De la Espriella hökumətin zərərçəkən vətəndaşlara birbaşa yardım göstərəcəyini, eləcə də kiçik biznesi dəstəkləyəcəyini bildirib.
Qeyd edək ki, avqustun 10-da Kolumbiyanın qərbindəki Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında 7,4 bal gücündə zəlzələ baş verib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində azı 265 nəfər ölüb.







