Magistraturada boş yerlərə yenidən qəbul aparılacaq – RƏSMİ

Magistraturaya qəbul üzrə boş qalan plan yerlərinə yenidən qəbul aparılacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, magistraturaya qəbul olunan şəxslərin “myGov” platforması üzərindən qeydiyyatı Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilib.

“Növbəti mərhələdə Elm və Təhsil Nazirliyi tərəfindən boş qalan plan yerləri barədə məlumatlar DİM-ə təqdim olunacaq. Daha sonra müvafiq elan veriləcək və həmin yerlərə yenidən qəbul aparılacaq. Bununla bağlı “Magistr” jurnalının müvafiq buraxılışı dərc olunacaq”, – deyə rəsmi məlumatda vurğulanıb.

DİM-dən verilən məlumatda o da qeyd olunub ki, boş qalan yerlərə qəbulun vaxtı hələlik məlum deyil. Belə ki, tarixlərin gələn həftə ərzində dəqiqləşəcəyi gözlənilir.

MənbəModern.az
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər