Bu avtobuslar gecə saat 12-yə qədər işləyəcək

Sabah metronun hərəkətində ediləcək dəyişikliyə görə ekspres avtobuslar bu gündən fəaliyyətə başlayıb.

“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti sabahdan müvəqqəti dayandırılacaq.

Xətlərin ayrılması başa çatana qədər sərnişinlərin daşınmasını təmin etmək məqsədilə Yerüstü Nəqliyyat Agentliyinin təşkil etdiyi 6 yeni ekspres marşrutu isə bu gündən fəaliyyətə başlayıb.

M1 ekspres avtobusları ilə yanaşı metronun “28 May” stansiyasının qarşısına “İnşaatçılar” və “20 Yanvar” metrosundan başlanğıcını götürəcək M2 və M3 ekspres avtobusları da gələcək. Sərnişinlərin mindirib-düşürülməsi bu məntəqədə həyata keçiriləcək. Eyni zamanda, 20 müntəzəm marşrutda avtobusların sayının artırılması həyata keçiriləcək.

Metronun “Gənclik” stansiyasına isə başlanğıcını “Elmlər Akademiyası”ndan götürən M 6 ekspres avtobusları ilə yanaşı, “20 Yanvar” metrosundan hərəkət edən M5 avtobusları da gələcək. M2 nömrəli avtobuslar isə “İnşaatçılar-Nizami” və “28 May” stansiyaları arasında fəaliyyət göstərəcək. Başlanğıcını Abbas Mirzə Şərifzadə küçəsindən, yəni “İnşaatçılar” metrosunun qarşısından götürəcək bu avtobuslar hərəkətini Nəsrəddin Tusi klinikası istiqamətində davam etdirəcək.

Sərnişin axınının sıx olduğu “20 Yanvar” metrostansiyası ətrafında 3 ekspres marşrut xətti təşkil edilib.

“20 Yanvar” metrosundan çıxan M4 nömrəli avtobuslar son olaraq Alov parkının qarşısında dayanacaqlar. Layihənin icra müddətində metronun “28 May”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və “20 Yanvar” stansiyalarının qarşısında nəqliyyat könüllüləri fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək davam edəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər