«Əlbirlik» nəzəriyyəsi termini iqtisadi ədəbiyyatda ilk dəfə XX əsrin 20-ci illərində işlənmiş, müasir mənasını isə 1960-cı illərin sonuna yaxın əldə etmişdir. İngilis dillinin Oksford Lüğətinə isə bu söz birləşməsi yalnız 1997-ci ildə daxil edilmişdi.
Dünyanı kim idarə edir?
1999-cu ildə ingilis futbolçusu, müxbir, televiziya şərhçisi və yaşıllar partiyasının üzvü Devid Ayk «Ən böyük sirr» kitabını dərc etdirmişdir. Müəllifin özünün «Dünyanı dəyişəcək kitab» adlandırdığı bu əsərdə, müasir dünyanın quruluş sistemini təsvir edilirdi. Aykın fikirlərinə əsasən dünyanı Drako ulduz sistemindən gəlmə, yadplanetli-kərtənkələlər idarə edir, onlar Yer kürəsində «Babilistan qardaşlığı» adlı gizli cəmiyyət yaratmışlar. Ayk iddia edir ki, bu kərtənkələlər sürünmür, yəni onlar dik şəkildə iki ayaq üzərində gəzir və istəyəndə insan cildinə də girə bilirlər. Ayk qəti şəkildə sübut edir ki, dünya liderlərinin əksəriyyəti kərtənkələdirlər. Bu sırada hər iki Buş (ata və oğul), Hilari Klinton, Toni Bleer, bütün Rotşildlər və Rokfellerlər, həmçinin icra hakimiyyətini həyata keçirənlərin böyük bir hissəsini qeyd etmək olar.
«Mənə ziyalı millət deyil, sadəcə çalışan millət lazımdır».
Con D. Rokfeller, bir neçə gizli cəmiyyətin yaradılması məhz bu maqnatın adi ilə bağlanılır.
Dünya yəhudilərinin gizli sövdələri barədə ilk ədəbiyyat qeydləri
1868-ci ildə almaniyalı adi poçt işçisi German Gedşe ser Con Retklif təxəllüsü ilə «Biarriss» romanını dərc etdirir. «Praqadakı yəhudi qəbiristanlığında gecə» adlı fəsildə Gedşe yüz ildə bir dəfə keçirilən bir ayini təsvir edir: on iki İsrail koloniyasının nümayəndələri ravvin «Simon Ben-Yəhudənin» qəbir üstü məqbərəsində toplaşırlar. (ravvin yəhudilərdə dini xadimə deyilir). Onlar öz uğurları, nailiyyətləri haqqında danışır (məsələn ötən müddət ərzində dünya yəhudilərinin əlində nə qədər qızıl cəmləndiyini, zəhmətkeşlərə və mətbuata nəzarətin nə səviyyədə olduğunu müzakirə edirlər); gələcək planları tərtib edirlər: məsələn xristianlığın nüfuzdan salınması, inqilabları qızışdırmaq, hakimiyyəti əla almaq. Romanı sərgüzəşt-macara tematikalı bir əsər kimi fikirləşən Gedşe heç təsəvvür belə etməzdi ki, çox keçməmiş 1876-cı ildə həmin bu fəsil «Ravvinin nitqi» adı ilə Rusiyanın bir çox yerlərində ayrı bir kitabça kimi dərc olunaraq çox geniş şəkildə yayılacaq. Material ingilis diplomatı Ser Con Retkliff tərəfindən gizli şəkildə dinlənmiş baş ravvinin nitqinin stenoqrafiyası formasında təqdim olunurdu.
Inqilabdan öncəki Rusiya Ədəbiyyatında gizli dünya əlbirliyinin izləri
1911-ci ildə Vera Krıjovanskinin Planetin ölümü adlı romanı işıq üzü görür. O dünyada fantastik mövzuda yazan ilk qadın şairələrdən biridir. Krijanova öz əsərlərinə tez-tez dünya yəhudilərinin gizli sövdələşmələri mövzusuna toxunur, onların gizli niyyəti isə xristian sivilizasiyasını məhv etməkdir. «Planetin ölümü» əsərində dünyəvi satanist-yəhudilərin sui-qəsd planları o qədər uzağa gedir ki, planetin taleyi demək olar ki xeyirxah Himalay maqı Supramati ilə satanist-yəhudi Şelom İezodot arasındakı döyüşdə həll olunur.
1909-cu ildə Zemşina qəzetində «İnsan-balıq» ramanı nəşr olunur. Əsas mənfi obraz (onun adı Yevrey idi) Dünya Yəhudilərinin hökmranlıq şurasına başçılıq edir. Onlar cərrahın köməkliyi ilə oğlan Qiktaneri dirildərək onun bədəninə balıq qəlsəmələri yerləşdirir və ona gəmiləri batırmağı öyrədirlər. Dünyanı isə gözəl Moizetta xilas edir, o Qiktanerə aşiq olaraq, onu mənfur niyyətlərdən əl çəkməyə məcbur edir. İnsan balıq romanı, Jana de La İranının «Suda yaşaya bilən insan» romanının dəyişilmiş variantıdır. A.Belyayevin «Amfibiya-insan» romanını yazarkən hansı mənbədən bəhrələndiyi dəqiq məlum deyil.
Müasir dövrün üç ən nüfuzlu gizli cəmiyyəti
Bilderberq klubu
Təsis olunduğu il:1954
Banisi: şahzadə Bernard Niderlandski
Məqsəd: kommunist təhlükəsinə qarşı mübarizədə Avropa və ABŞ arasındakı qarşılıqlı anlaşmanı gücləndirmək
Toplantı yeri: ildə bir dəfə klubun üzvləri qapalı iclaslarını qeyd etmək üçün bir yerə yığışırlar, lakin onların toplanma yerləri sirr olaraq qalmır.
Xüsusiyyətləri: Bilderberq klubunun daimi üzvlüyü mövcud deyil. Hər il idarəedici komitə iclasa yüzə yaxın insan dəvət edir, onlardan hər biri eşitdiyini özü ilə qəbirə aparmağa söz verir və sirri qorumaq ilə bağlı öhdəlik götürür.
Klubun üzvləri: Marqaret Tetçer, Bill Klinton, Toni Bleer, Angela Merkel, Romano Prodi, Henri Kissendjer, Donald Ramsfeld.
Üç tərəfli komissiya
Təsis olunduğu il: 1973
Banisi: bankir Devid Rokfeller və professor Zbiqnev Bjezinskiy.
Məqsəd Bilderbq Klubunu genişləndirmək (yuxarıda bax) və Yaponiyanı da ona dəvət etmək lazımdır.
Xüsusiyyətləri: hələ 1972-ci ildə Rokfeller və Bjezinskiy bütün dünya üzrə Komissiyaya 200 üzv seçərək, dəvət etdilər. Üzvlərin üçdə biri şimali amerikalı, digər üçdə biri avropalı, yerdə qalan üçdə biri isə yaponiyalı idi. Üzvlərin hamısı öz ölkələrində nüfuza malik rəsmi şəxslər idi, Komissiyanın bütün üzvləri rəsmi şəkildə fəxri vətəndaş adlanır, Komissiya özü isə qeyri rəsmi özəl təşkilat adlanırdı. Bu gün komissiyanın 500-ə yaxın üzvü vardır.
Klubun üzvləri: Corc Buş (ata), Dik Çeyni, Pol Vulfoviç, Sergey Karaqanov. Öz ölkələrinin hakimiyyətində təmsil olunmaq hüququ əldə etmiş və ya idarəetmə postları tutmuş komissiya üzvləri, xidməti vəzifə müddətində təşkilatın iclaslarında iştiraklarını dayandırır.
Bohema meşəliyi
Əsası qoyulduğu il: 1872
Banisi: Kaliforniya tələbələri
Toplantı yeri:1899-cu ildən bəri klubun hər il iyul ayında iclaslarını keçirmək üçün relikt meşə qalığı olan Bohema ağaclığında toplaşır. Bu meşənin yaşı isə 1500 ildən çoxdur.
Xüsusiyyətləri: kluba daxil olmaq üçün rüsxət almaqdan ötrü 15-20 il gözləmək lazımdır. Bohema ağaclığında həyat boyskaut düşərgəsi prinsipi əsasında qurululub, ortada isə nəhəng 15-metr hündürlüyündə betondan tökülmüş bayquş dayanır- bu klubun rəsmi simvoludur. Bayquş qabağındakı tala isə müxtəlif ayin və mərasimlər üçün nəzərdə tutulub. Burda həmçinin qurbanvermə mərasimi kimi kapşon altında gizlənmiş klub üzvləri İşgəncələr Kuklasını yandırırlar. Bu ayinin mahiyyəti bütün iştirakçıların dünyəvi işlərdən xilas olması ilə bağlıdır. Yəni ayin klub üzvlərini dünya işlərindən uzaq olmasını simvollaşdırır.
Klubun devizi: «Kaş ki, burda tor quran hörümçəklər olmasın! ».
Klubun üzvləri: Kolin Pauell, Frensis Ford Kappola, Arnold Şvartsneqer, Klint İstvud
«Dünya üç insan sinfinə bölünür: birincisi balaca bir qrupdur, bura iş görənlər daxildir; ikinci nisbətən böyük qrupa bu işlərin görülməsini müşahidə edən insanlar daxildir, qalan əksəriyyət, yəni heç vaxt nə baş verdiyini başa düşməyəcək kütlə isə üçüncü qrupu təşkil edir.
Nikolas Myurrey Batler, Kolumbiya Universitetinin keçmiş prezidenti
Amerikanı kim idarə edir?
ABŞ-ın böyük dövlət möhürü, xüsusən də bir dollarlıq kupyura üzərində əks olunmuş təsvir ilə bağlı müxtəlif çoxsaylı miflər yaranmışdır. Konspirologiya həvəskarlarının diqqətini əsasən möhürün arxa tərəfi çəkir, belə ki burda piramidanın başlığı hər şeyi görməyə qadir ilahi göz ilə tamamlanır və onun əhatəsində latın dilindən götürülmüş məşhur iki fraza yer alır. Konspirologiya tərəfdarları bilirlər ki, əgər möhürün arxa tərəfindəki hissədə altı-bucaqlı ulduz çəksən, yuxarıdakı şüa hər şeyi görən gözə istiqamətlənəcək, qalan beş bucaqda isə M, A, S, O və N hərfləri alınacaqdır. Bu isə federal xəzinənin əsl sahiblərinin kimliyinə işarə edir.
Corc Buş İblisə sitayiş edirmi?
Mütəmadi olaraq Corc Buşun Şeytan ilə əlaqəsi haqqında fikir yürütməkdən çəkinməyən Uqo Çavesin ardınca, amerikanın www.theforbiddenknowledge.com saytı son dərəcə dəqiqliklə Amerika prezidentinin müxtəlif foto şəkillərini toplayır, bu şəkillərdə onun qədimi Satanist salamlaşma tərzinə xas jestləri əks olunub-məsələn buynuzlu bayquş işarəsi. Saytın rəyinə əsasən bu Buşun hər hansı bir Satanist ordenə mənsubluğunu sübut edir.
GIZLI CƏMIYYƏTLƏR ƏLEYHINƏ QANUN
Gizli cəmiyyətlərin və təşkilatların yaradılmasını qanunvericilik ilə qadağan edən yeganə dövlət Polşadır. Polşa Konstitusiyasının 13-cü maddəsinə yazılır: «nizamnaməsində təşkilatın fəaliyyətinin, onun strukturunun və ya üzvlərinin tərkibinin gizli saxlanması nəzərdə tutulan istənilən siyasi partiya və ya digər təşkilatı qurumun mövcudluğu qadağandır».
Uşaqlara qarşı dünya səhnəarxası
2006-cı ildə İran İslam Respublikasının təhsil Nazirliyinin müşaviri Həsən Bolxari televiziya ilə çıxış edərək «Tom və Cerri» cizgi filmini dünya yəhudi əlbirliyinin bir hissəsi olduğunu bəyan etmişdir: « Cizgi filmini Hollivud yəhudiləri ondan ötrü çəkmişlər ki, insanlar siçanlara qarşı olan münasibəti dəyişsin və bu millətçilər siçan timsalında əksər hallarda məhz özlərini canlandırmışlar. Heç bir xalq, yəhudilər qədər məkrli və gizli fəaliyyət göstərmir». Bolxarinin fikrincə siçan Cerrinin çox aşkar görünən semiotik kökləri vardır. «O, çox fərasətlidir. O yazıq pişiyin arxasından vurur, lakin bununla yanaşı o, heç kəsə vəhşi təəssüratı bağışlamır, yəni nə etməsində asılı olmayaraq siz Cerriyə nifrət ilə baxmırsınız. O çox cəlb edici və ağıllı görünür!»
Əlbirlik nəzəriyyəsinə aid daha 20 hamıya məlum mülahizə
1. Con F. Kennedi öz sürücüsü tərəfində qətlə yetirilmişdir.
2. 1962-ci il 22 mayda amerikalılar Marsa eniş etmişlər.
3. BMT Lutsiferianlar (xristian mifologiyasında iblis tərəfdarları) tərəfindən yer kürəsini əsarət altına almaq məqsədi ilə yaradılıb.
4. NASA yer sakinlərindən Nibiru Planetini gizlədir, onun orbiti Plutonun orbitinin arxasında yerləşir.
5. MacDonald’s loqotipində iki dəfə gizlədilmiş13 rəqəminə rast gəlmək mümkündür.
6. Giza piramidalarının altında yeraltı dünyaya aparan böyük tunel yerləşir.
7. Anti-qravitasiya artıq çoxdan amerikan ordusunun xidmətinə verilmişdir.
8. Elmlər akademiyasının damımın üstündə yerləşdirilmiş qızılı rəngdə qurğular itaətkarlıq dalğalarının göndərilməsi funksiyasını daşıyır.
9. Qalaktikalar arası hakimiyyət mövcuddur və ABŞ onlar ilə kontakta girən, yəni əlaqə saxlayan yeganə ölkədir.
10. Astronavtların aya enişi səhnəsini Stenli Kubrik Nevada ərazisində lentə almışdır.
11. Uolt Disney Mason olmuşdur.
12. Kentucky Fried Chicken Ku-Kluks-klan təşkilatına mənsubdur və onların bişirdiyi bütün qızardılmış cücələrə xüsusi narkotik maddə yeridilib. Bu maddə avropeoid irqindən olan istənilən insan üçün təhlükəsiz olsa da, qalan rənglilərdə sonsuzluğa (impotentlik) səbəb olur.
13. Denver aeroportunun tərtibatında külli miqdarda mason simvolikasından istifadə olunmuşdur, bu məntəqəni beynəlxalq mason hökumətinin baş-qərargahı hesab edirlər. Hava limanının terminalının altında isə nəhəng bir yer altı şəhərin olduğu güman edilir.
14. Əgər Marlboro siqaret qutusunu baş-ayaq çevirsək, onda Maq sözünün yerində ingilis dilində «yəhudi» (jew) sözünü görəcəyik.
15. Təyyarə uçanda onun arxasınca qalan ağ inversiya izləri isə əslində insanın düşüncəsinə nəzarət edən müxtəlif gizli maddələrin yandırılması prosesinin nəticəsidir.
16. 1958-ci ildə futbol üzrə dünya çempionatı əslində İsveçdə baş tutmamışdır, o sadəcə soyuq müharibənin gedişində bir manevr kimi ABŞ tərəfindən radio və televiziya variantında işlənib hazırlanmışdır.
17. HİV (QİÇS) mərkəzi kəşfiyyat idarəsinin (CİA) labaratoriyalarında dünyanı qara dərili əhalidən və pederastlardan (oğlan uşaqları ilə cinsi əlaqəyə girənlər) xilas etmək məqsədi ilə hazırlanmışdır.
18. 20-ci əsrin əvvəllərində çətənə sadəcə ona görə qanundan kənar elan edilmişdir ki, kağızdan-plastikə qədər, müxtəlif məhsulların hazırlanmasında istifadə olunan daha bahalı, yəni nəticə etibarı ilə daha gəlirli xammal ilə rəqabətə girirdi.
19. Hər bir məhsuldakı ştrix-kod heyvanların sayının kodlaşdırılmış şifrəsidir.
20. 2004-cu ildə baş vermiş sunami Amerika və Hindistan hərbi qüvvələri tərəfindən çox güclü elektromaqnit dalğaları vasitəsi ilə stimullaşdırılıb.