Bakı küçələrində sürücüsüz avtomobillər görmək mümkün olacaq – Qanun nə deyir?

Avtonom maşınlar (özügedən və ya sürücüsüz avtomobillər) insan müdaxiləsi olmadan, süni intellekt və sensorlar vasitəsilə ətraf mühiti qavrayaraq hərəkət edən nəqliyyat vasitələridir.

Azərbaycan qanunvericiliyinə avtonom nəqliyyat vasitələrinin tətbiqi ilə bağlı yeni əlavələr olacaq. Ölkədə avtonom nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı hüquqi baza formalaşdırılır. Prezidentin yeni Fərmanı ilə bu sahədə səlahiyyətli qurumlar, nəzarət mexanizmləri və informasiya sistemləri müəyyənləşdirilib.

Avtonom avtomobil nədir?

Avtonom avtomobil insanın birbaşa idarəetməsi olmadan, xüsusi proqram təminatı, sensorlar və süni intellekt vasitəsilə hərəkət edən nəqliyyat vasitəsidir. Avtonom avtomobillərin istismarına nəzarəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həyata keçirəcək.

Bu nəqliyyat vasitələrinin operatorlarına xüsusi şəhadətnamələr veriləcək.

Operatorlar avtomobilin avtomatlaşdırılmış idarəetmə sistemində toplanan məlumatları qanunvericiliyin tələblərinə uyğun şəkildə qeydiyyata almalı və saxlamalı olacaqlar.

Avtonom avtomobillərlə bağlı məlumatlar “AYNA” informasiya sistemi, Elektron Hökumət İnformasiya Sistemi və Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə inteqrasiya olunacaq. Bu, nəqliyyat vasitələrinin fəaliyyətinə nəzarəti və məlumat mübadiləsini təmin edəcək.

Məqsəd ölkədə avtonom nəqliyyat vasitələrinin təhlükəsiz və hüquqi əsaslarla istismarını təmin etmək, onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək və gələcəkdə bu texnologiyaların tətbiqi üçün vahid hüquqi mexanizm yaratmaqdır. Bu çərçivədə avtonom avtomobillər, tramvaylar, metrolar, qatarlar, gəmilər və pilotsuz uçuş aparatları ilə bağlı da ayrıca nəzarət qaydaları müəyyən edilib.

MənbəOxu.az
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər