Azərbaycana əhalisi bu il daha az smartfon alır

Azərbaycana 2026-cı ilin ilk 6 ayında 493,5 min ədəd smartfon idxal edilib.

Banker.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% azdır. 2025-ci ilin ilk 6 ayında ölkəyə 545,6 min ədəd smartfon gətirilmişdi.

Bununla belə, smartfon idxalının dəyəri əksinə artıb. Hesabat dövründə idxalın ümumi dəyəri 227,1 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 29,1% çoxdur. Ötən ilin ilk 6 ayında bu göstərici 175,9 milyon dollar olub.

Beləliklə, idxal olunan bir smartfonun orta gömrük dəyəri də yüksəlib. 2026-cı ilin ilk 6 ayında orta göstərici təxminən 460 dollar olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 322 dollar təşkil edib. Bu, orta qiymətin 42,7% artması deməkdir.

Smartfon idxalının əsas hissəsi Çinin payına düşüb. Çindən 365 min ədəd smartfon gətirilib və bunun dəyəri 172,4 milyon dollar olub. Beləliklə, Çinin ümumi idxalda payı say üzrə 74%, dəyər üzrə isə 75,9% təşkil edib. Vyetnamdan 116,5 min ədəd, Hindistandan isə 11,9 min ədəd smartfon idxal olunub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər