Azərbaycanda əlilliyə görə pensiya alanların sayı azalıb

2026-cı ilin iyul ayında Azərbaycanda əlilliyə görə 243,1 min nəfər pensiya, 221,5 min nəfər aylıq müavinət, 91,8 min nəfər isə Prezident təqaüdü alıb.

Banker.az Dövlət Sosial Müdafiə Fondunun 2025-ci ilin iyul ayı üzrə operativ məlumatına istinadən xəbər verir ki, həmin dövrdə əlilliyə görə 253,4 mindən çox şəxs pensiya, 223,8 mindən çox şəxs aylıq müavinət, 90,8 mindən çox şəxs isə Prezident təqaüdü alıb.

Beləliklə, illik müqayisədə 2026-cı ilin iyulunda əlilliyə görə pensiya alanların sayı təxminən 10,3 min nəfər və ya 4,1%, aylıq müavinət alanların sayı 2,3 min nəfər və ya 1% azalıb.

Eyni zamanda, əlilliyə görə Prezident təqaüdü alanların sayı 1,1% artıb.

Ümumilikdə, əlilliyə görə pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı 2026-cı ilin iyulunda təxminən 556,4 min nəfər təşkil edib. 2025-ci ilin eyni ayında bu göstərici 568 min nəfərdən çox olub.

Beləliklə, il ərzində əlilliyə görə bu üç istiqamət üzrə ödəniş alanların ümumi sayı təxminən 11,6 min nəfər və ya 2% azalıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər