Azərbaycanda işçiyə düşən orta saat artıb – Kimlər daha çox çalışır?

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 144 saat təşkil edib.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 saat və ya 2,2% artıb. Belə ki, 2025-ci ilin yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq iş saatı 140,9 saat olub.

2026-cı ilin ilk yarısında ən çox iş saatı ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində qeydə alınıb. Bu sahədə bir işçiyə ay ərzində orta hesabla 153,1 saat düşüb. İllik müqayisədə göstərici 5,4 saat artıb.

Tikinti sektorunda orta aylıq iş saatı 151,8 saat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 saat çoxdur.

Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində isə iş saatlarının miqdarı 152,8 saat olub. Bu sahə illik müqayisədə 6 saatlıq artımla bütün iqtisadi fəaliyyət növləri arasında ən böyük yüksəlişi göstərib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində bir işçiyə düşən orta aylıq iş saatı 148,6 saat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında 147,5 saat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda isə 147,4 saat olub.

Mədənçıxarma sənayesində bu göstərici 143,1 saat təşkil edib ki, bu da illik müqayisədə 2 saat artım deməkdir. Emal sənayesində orta aylıq işlənmiş iş saatı 144,5 saat olub və 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,6 saat yüksəlib.

Ən az iş saatı isə digər sahələrdə xidmətlərin göstərilməsi sektorunda qeydə alınıb – 132,3 saat. Bununla belə, bu göstərici də illik müqayisədə 1,6 saat artıb.

Təhsil sahəsində bir işçiyə düşən orta aylıq iş saatı 134,2 saat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində 136,8 saat, informasiya və rabitə sahəsində isə 141,1 saat olub.

 

İqtisadi fəaliyyət növü, saatla 2026, ilk 6 ay 2025, ilk 6 ay
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 147,4 143,1
Mədənçıxarma sənayesi 143,1 141,1
Emal sənayesi 144,5 140,9
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 147,5 143,6
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 148,6 145,9
Tikinti 151,8 147,1
Ticarət; nəqliyyat vasitələrinin təmiri 153,1 147,7
Nəqliyyat və anbar təsərrüfatı 141,8 138,0
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 152,8 146,8
İnformasiya və rabitə 141,1 139,2
Maliyyə və sığorta fəaliyyəti 143,2 141,0
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 142,0 138,5
Peşə, elmi və texniki fəaliyyət 140,9 137,7
İnzibati və yardımçı xidmətlərin göstərilməsi 142,3 141,3
Dövlət idarəetməsi və müdafiə; sosial təminat 146,6 144,3
Təhsil 134,2 133,2
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 136,8 135,6
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 143,7 142,4
Digər sahələrdə xidmətlərin göstərilməsi 132,3 130,7
Orta göstərici 144,0 140,9

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər