Tramp Kanada mallarına 50 %-lik rüsumların tətbiqini dayandırıb

ABŞ yaxın günlərdə ticarət sazişinin bağlanması gözlənildiyi üçün Kanada mallarına 50 %-lik rüsumları ləğv edib.

ABŞ Prezidenti Donald Tramp bunu “Truth Social” sosial şəbəkə hesabında açıqlayıb.

“ABŞ və Kanadanın saziş üçün sənədləri yekunlaşdırdığına görə, sabah səhər (19 avqust, çərşənbə axşamı – red.) qüvvəyə minməsi planlaşdırılan Kanadaya 50 % tariflərin tətbiqini üç gün müddətinə dayandırdım”, – Amerika lideri bildirib.

Tramp həmçinin əlavə edib ki, sələfi Co Baydenin dövründə dayandırılmış “Keystone XL Pipeline” boru kəməri layihəsi yenidən bərpa oluna bilər.

“Keystone XL Pipeline” boru kəməri Kanada və ABŞ arasında təxminən 1 900 kilometrlik boru kəməri layihəsidir. O, Kanada neftini Albertadan ABŞ-dəki neftayırma zavodlarına və ixrac terminallarına nəql etmək üçün nəzərdə tutulmuşdu.

Xatırladaq ki, Tramp Ottavanın Amerika mallarına qarşı tədbirlərinə cavab olaraq 21 iyulda Kanada məhsullarına əlavə 50 % rüsum tətbiq edib.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər