Pestisid istehsalçısının nizamnamə kapitalı 10 milyon manatın üzərinə qaldırılıb

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Agro-Tech Solutions” MMC-nin nizamnamə kapitalı son 6 ay ərzində yenidən artırılıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı hazırda 10 milyon 90,5 min manat təşkil edir.

Bununla da kapital əvvəlki 9 milyon 580,5 min manat səviyyəsindən 510 min manat və ya 5,3% artırılıb.

Şirkətin nizamnamə kapitalı bundan əvvəl də artırılaraq 9 milyon 580,5 min manata çatdırılmışdı.

Xatırladaq ki, “Agro-Tech Solutions” MMC 2016-cı ildə təsis edilib. Şirkət müxtəlif bitki mühafizəsi məhsulları (pestisidlər) — o cümlədən insektisidlər, fungisidlər və herbisidlər olmaqla, ümumilikdə 145-dən çox kənd təsərrüfatı kimyəvi məhsulu istehsal edir. Şirkət Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər