Mustafa Abbasbəyli Aparat rəhbəri vəzifəsindən ayrılaraq nazir müşaviri təyin edildi

Mədəniyyət Nazirliyində yeni kadr təyinatı gerçəkləşib.

Banker.az xəbər verir ki, nazir Adil Kərimlinin müvafiq əmri ilə Mustafa Abbasbəyli mədəniyyət nazirinin müşaviri vəzifəsinə gətirilib.

Qeyd edək ki, M.Abbasbəyli bu təyinatadək Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsini icra edirdi.

Məlumat üçün bildirək ki, onun yerinə Nazirliyin Aparat rəhbəri vəzifəsinə Heydər Əliyev Mərkəzi direktorunun keçmiş müşaviri Hikmət Mustafayev təyin olunub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər