14 C
Baku
Saturday, November 23, 2024

Biznesin İnkişafı üzrə Koordinator — Nar

Nar telekommunikasiya xidmətlərini təmin edən şirkət olaraq öz fəaliyyətinə 2007-ci ildə başlamışdır. Biz abunəçilərimizi innovativ və daha asan ünsiyyət vasitələri  ilə təmin etmək üçün davamlı olaraq şəbəkəmizi təkmilləşdiririk.

Nar peşəkar inkişaf və karyera yüksəlişinə nail ola biləcəyiniz bir iş yerdir. Əməkdaşlarımızın fərdi və  peşəkar inkişafı üçün şirkətimiz lazımı şərait yaradır. Peşəkar mühit, səmimi, mehriban kollektiv, maraqlı sosial layihələr və korporativ tədbirlər şirkətimizi fərqləndirən amillərdəndir.

Şirkətimiz aşağıdakı vəzifə üzrə uğurlu namizəd axtarışındadır.

Biznesin İnkişafı üzrə Koordinator

Əsas vəzifə və öhdəliklər:

• Nəqliyyat sahələri üzrə mövcud və potensial layihələrə nəzarət etmək
• NarAir layihəsi daxil olmaqla bütün nəqliyyat layihələrini müstəqil şəkildə idarə etmək
• Layihələrin planlaşdırılmasında və həyata keçirilməsində fəal iştirak etmək
• Yeni əməkdaşlıqlar və layihələrə təşəbbüs göstərmək
• Bütün tərəfdaşlarla layihələr çərçivəsində əməkdaşlığı davamlı olaraq qoruyub saxlamaq
• Layihələrin həyata keçirilməsi ilə əlaqədar bütün proseslərə dəstək göstərmək

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Bütövlük
• Müştəri yönümlü
• Komanda işi və əməkdaşlıq
• Nəticə yönümlü
• Davamlı təkmilləşmə
• Azərbaycan (səlis), İngilis (səlis) və Rus (yaxşı) dillərini bilmək
• MS Office proqramlarını bilmək

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali Təhsil
• Proyetklərin İdarə olunması  üzrə 2-3 il iş təcrübəsi

Əlavə məlumat:

İş qrafiki: tam ştat
İş müddəti: daimi
Son müraciət tarixi:  03/08/2016

Müraciətlər [email protected] elektron ünvanına göndərilməlidir.

Son xəbərlər
Digər xəbərlər