13 C
Baku
Tuesday, May 7, 2024

“iPhone” satışı ardıcıl ikinci rübdür azalır

“iPhone” smartfonlarının satışı ardıcıl ikinci rübdür azalır. Reuters-in xəbərinə görə, bu barədə “Apple” şirkətinin növbəti rüblük hesabatında bildirilir.

Hesabat dövrü ərzində şirkət 40,4 mln. ədəd smartfon satıb. Analitiklər isə 40,02 mln. “iPhone” satılacağını proqnozlaşdırmışdılar.

“Apple”in rüblük xalis mənfəəti 27% azalaraq 7,8 mlrd. dollara enib. Gəlirləri isə 42,36 mlrd. dollar təşkil edib.

Şirkətin məhsullarının Çində satışı da sürətlə aşağı düşməkdə davam edir. Üçüncü rübdə bu göstərici 33,1% olub

Lent.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər