Çin Rusiya neftini Hindistanın əlindən alır – Reuters

Çin Orta Şərqdə təchizat risklərinin artması fonunda Rusiya neftinin alışını artıraraq Hindistanın xammal təminatına təzyiq yaradır.

Banker.az bunu “Reuters”ə istinadən xəbər verir.

Avqustda Rusiyadan Çinə dəniz yolu ilə neft tədarükünün gündəlik orta hesabla 1,25 milyon barrelə çatacağı, Hindistana tədarükün isə iyuldakı 2,79 milyon barreldən 1,87 milyon barrelə düşəcəyi gözlənilir.

Çin xüsusilə Avropa limanlarından yüklənən Rusiya neftinin daha böyük hissəsini alır. Bu limanlar ənənəvi olaraq Hindistanın neft emalı zavodlarının xammal mənbələrindən biri olub.

İnformasiya agentliyi yazır ki, Rusiya neftinin Hindistana tədarükündə azalma davam edərsə, ölkə sentyabrdan benzin və dizel ixracını azaltmağa məcbur qala bilər. Bu isə Asiya bazarında neft məhsullarının təchizatını daha da sıxlaşdıra bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər