2 C
Baku
Saturday, December 14, 2024

“Günay Sığorta”nın yeni rəhbərliyi “Azərbaycan Sənaye Sığorta”nın keçmiş əməkdaşlarından formalaşdırıla bilər

“Buta Sığorta” ASC-nin aktivlərini alan “Günay Sığorta” ASC-nin İdarə Heyətinin (İH) yenidən formalaşdırılması məsələsi gələn ay həllini tapacaq. Banker.az xəbər verir ki, bu barədə Report-a şirkətdəki mənbə bildirib.

Onun sözlərinə görə, əvvəlcədən planlaşdırıldığı kimi, “Günay Sığorta”nın İH-nə “Buta Sığorta”nın İH-nin sədri Qəmbər Suvanverdiyevin sədrlik edəcəyi gözlənilir. Onun “Buta Sığorta”dakı müavini Süleyman Zeynallı isə “Günay Sığorta”nın rəhbərliyində təmsil olunmayacaq.

Baxmayaraq ki, iki şirkətin birləşməsi zamanı S.Zeynallının da “Günay Sığorta”nın rəhbərliyinə gətiriləcəyi gözlənilirdi. Amma şirkətin sahibləri bu məsələyə müsbət yanaşmayıblar və adı çəkilən şəxs işdən çıxıb.

“Günay Sığorta”nın İH-nin yeni tərkibinə Q.Suvanverdiyevlə yanaşı, “Azərbaycan Sənaye Sığorta” ASC-nin iki keçmiş əməkdaşının da daxil olacağı gözlənilir. Söhbət şirkətin daxili audit xidmətinin keçmiş rəhbəri Kənan Əsgərov və keçmiş məsul aktuarisi Orxan Əfəndiyevdən gedir. Lakin  onlar İH-nin üzvü olmaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının Attestasiya Komissiyasında attestasiyadan keçməlidirlər. Bu məsələnin də həlli avqusta qalıb.

Xatırladaq ki, “Günay Sığorta” şirkəti 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 000 manat olan 7 700 səhm əsasında formalaşıb. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya, 16,61%-i “Günay Bank” ASC-yə, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya məxsusdur.

Son xəbərlər
Digər xəbərlər