Xaricdə işə düzəltmək adı ilə vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən “Paradise Travel Group” MMC-nin rəhbəri Pərvin Quliyevanın cinayət işinin məhkəməsi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. O, 3 il 3 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı onun 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.
İstintaqla müəyyən edilib ki, Pərvin Quliyeva vətəndaşları ABŞ ilə yanaşı, digər xarici ölkələrə işə düzəltmək adı ilə aldadaraq onların 73 min manat pulunu mənimsəyib.







