“ASB Bank”ın rəhbərlərindən biri vəzifəsindən ayrılır

“Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətində dəyişiklik baş verib.

Banker.az xəbər verir ki, İdarə Heyətinin üzvü İlker Hepçorman vəzifəsindən ayrılıb. O, 2024-cü ilin avqustunda bu vəzifəyə təyin edilmişdi.

Bununla da bankın İdarə Heyəti sədr və üç üzvdən ibarət olub.

Hazırda “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin sədri Kənan Əzizağa oğlu Orucovdur.

İdarə Heyətinin üzvləri isə Sarvan Umudvar oğlu Mikayılov, Uğur Vaqif oğlu Mahmudov və Anar Həsənalı oğlu Məmmədovdur.

İlker Hepçorman 1980-ci ildə İzmir, Türkiyədə anadan olub. Orta məktəb və lisey təhsilini Fen və Riyaziyyat sahəsində ingilis dilində Özəl Altuğ Kollecində başa vurmuş, Los Angeles Beynəlxalq Universitetindən ingilis dilində Biznes idarəçiliyi üzrə bakalavr dərəcəsi almışdır. Karyerasına Azersun Holdinqdə proseslərin idarə edilməsi və statistik analiz sahələrində başlamış, SAP və BPR layihələrində iş proseslərinin təhlili, təkmilləşdirilməsi və rəqəmsal transformasiya mövzularında fəaliyyət göstərmişdir. Mart 2013-cü ildən etibarən “Azərbaycan Sənaye Bankı” ASC-də rəqəmsal bankçılıq və ödəniş kartları sahəsində menecer vəzifəsində çalışır. Burada, kart əməliyyatları və bank sistemləri üzərində sistem inkişafı, proseslərin təkmilləşdirilməsi və rəqəmsal transformasiya kimi mühüm layihələrdə iştirak etmiş və rəhbərlik edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər