“Nvidia”nın süni intellekt çipləri ilə təchiz olunan server sistemlərinin qiymətinin 15 faizdən çox artacağı gözlənilir.
Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, “Microsoft”, “Google” və “Oracle” kimi şirkətlər üçün server istehsal edən şirkətlər müştərilərinə qiymət artımı barədə xəbərdarlıq ediblər. Yeni qiymətlərin 2027-ci ilin əvvəlində tədarük ediləcək sistemlərə tətbiq olunacağı bildirilir.
Bahalaşmanın əsas səbəblərindən biri süni intellekt çiplərində istifadə olunan yaddaş mikrosxemlərinə tələbatın artmasıdır. “SK Hynix”, “Samsung” və “Micron” kimi istehsalçılar istehsalı artırsa da, artan tələbatı tam qarşılaya bilmirlər.






