ABŞ dövlət borcunu azaltmaq üçün sərt addımlar ata bilər

ABŞ hökuməti 40 trilyon dollar həddini aşan dövlət borcunu azaltmaq üçün ictimaiyyət arasında narazılıq doğura biləcək qərarlar qəbul etməyə məcbur qala bilər.

Federal hökumət uzun illər ərzində vergi daxilolmalarından daha çox vəsait xərcləyib. Bu isə büdcə kəsirinin dərinləşməsinə və dövlət borcunun davamlı şəkildə artmasına səbəb olub.

Hazırda ABŞ-nin 30 illik dövlət istiqrazlarının gəlirliliyi 5,27 faizi ötüb. Ekspertlərin fikrincə, borclanmanın həcmini azaltmaq üçün Vaşinqton ya vergiləri artırmalı, ya da dövlət xərclərini azaltmalıdır. Hər iki variantın cəmiyyətdə ciddi narazılıq yaradacağı ehtimal olunur.

Mütəxəssislər eyni zamanda “borc spiralı” riskinə də diqqət çəkirlər. Bu vəziyyətdə borca xidmət xərcləri iqtisadi artımı üstələyir. Hazırda ABŞ milli borc üzrə faiz ödənişlərinə ildə təxminən 1 trilyon dollar vəsait sərf edir.

Piterson adına Beynəlxalq İqtisadiyyat İnstitutunun hesablamalarına görə, zəruri islahatlar həyata keçirilməzsə, ABŞ-nin dövlət borcu yaxın altı il ərzində 50 trilyon dollara çata bilər.

MənbəTREND
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər