Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib

ABŞ Prezidenti Donald Tramp iyun ayında ümumi dəyəri 78,1 milyon dollardan 263,1 milyon dollaradək qiymətləndirilən mindən çox qiymətli kağız əməliyyatı həyata keçirib.

Bu barədə “Bloomberg” ABŞ hökumətinin etika məsələləri üzrə idarəsinin sənədinə istinadən xəbər yayıb.

Məlumata görə, ən böyük əməliyyatlardan biri iyunun 22-də investisiya şirkəti Vanguard Groupun səhmlərinin 5 milyon dollardan 25 milyon dollaradək dəyərində satışı olub.

Tramp, həmçinin Berkshire Hathaway holdinqinin, eləcə də Palantir, Coinbase, Visa və Meta şirkətlərinin səhmləri ilə əməliyyatlar aparıb.

Sənəddə hər bir əməliyyat üzrə dəqiq məbləğ deyil, müəyyən edilmiş interval göstərilir.

Qeyd olunur ki, Tramp 2025-ci il ərzində ümumi dəyəri 600 milyon dollardan 1,86 milyard dollaradək qiymətləndirilən 21 mindən çox qiymətli kağız əməliyyatı həyata keçirib. Bəzi hallarda eyni gün ərzində həm alış, həm də satış əməliyyatları aparılıb.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər