İlham Əliyev: Özbəkistan üçün bərənin tikintisini də sürətləndirmək lazımdır

Özbəkistan üçün bərənin tikintisini də sürətləndirmək lazımdır.

Bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Prezident İlham Əliyev bildirib.

“Kənd təsərrüfatının inkişafı ilə bağlı layihələr də uğurla həyata keçirilir. Nəqliyyat-tranzit sahəsində artıq müəyyən nəticələr əldə etmişik. Mənə məruzə etdilər ki, Özbəkistandan Azərbaycan üzərindən daşınan yüklərin həcmi artır. Bununla yanaşı, Özbəkistan üçün bərənin tikintisini də sürətləndirmək lazımdır. Bu barədə Şavkat Miromonoviçlə danışmışıq. Məsələ həll olunub, sadəcə, bu layihəni prioritetlər siyahısına daxil etmək lazım gələcək. Hazırda bizim gəmiqayırma müəssisəmizdə müxtəlif modifikasiyalı, o cümlədən bərələr, tankerlər və quru yük gəmiləri olmaqla, eyni vaxtda təxminən 10 gəmi tikilir. Müəssisə hazırda 100 faiz gücü ilə fəaliyyət göstərir. Ona görə də düşünürəm ki, bu bərə üçün yer tapılmalıdır. Nəqliyyat nazirinin müavini, bunu nəzərə alın ki, layihə prioritet xarakter daşısın”, – deyə dövlət başçısı qeyd edib.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər