“Azərişıq” ASC baş verən təbii fəlakətin elektrik təsərrüfatına vurduğu ağır zərərin fəsadlarını aradan qaldırmaq üçün irimiqyaslı bərpa işlərinə başlayıb.
Banker.az xəbər verir ki, səhmdar cəmiyyət Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarında güclü leysan yağışları və sel sularının törətdiyi fesadların aradan qaldırılması məqsədilə iri satınalma həyata keçirib.
İşlərin icrası “Yuq Construction” MMC-yə həvalə olunub.
İki tərəf arasında bağlanan müqavilənin ümumi maliyyə dəyəri 12 104 763 manat təşkil edir.







