“Mars Overseas Baku Ltd” MMC-nin nizamnamə kapitalı növbəti dəfə artırılıb.
Banker.az xəbər verir ki, kommersiya qurumunun nizamnamə kapitalı 98,823 milyon manatdan 103,824 milyon manata yüksəldilib. Bununla da kapital 5 milyon manat və ya təxminən 5,1% artırılıb.
Şirkətin qanuni təmsilçisi dəyişməyərək Sadaylı Qəhrəman Ramiz oğlu olaraq qalıb. Hüquqi ünvanı isə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Cənub hissəsində yerləşir.
“Mars Overseas Baku Ltd”nin kapitalı 2026-cı il ərzində ardıcıl olaraq artırılıb. Belə ki, ilin əvvəlində şirkətin nizamnamə kapitalı 83,084 milyon manat olub.
Beləliklə, ilin əvvəlindən avqustun 25-dək şirkətin nizamnamə kapitalı 20,74 milyon manat, yaxud 25%-ə yaxın artıb.
“Mars Overseas Baku Ltd” MMC Azərbaycanda “PepsiCo” məhsullarının istehsalı və distribusiyası ilə məşğul olan aparıcı şirkətlərdən biridir. Şirkət “Pepsi”, “7UP”, “Mirinda”, “Mountain Dew”, “Lay’s” və digər beynəlxalq brendlərlə yanaşı, “Jalə”, “Natura”, “Mia” və “I’M Tea” kimi yerli məhsulların da istehsal və satışını həyata keçirir. 1999-cu ildən fəaliyyət göstərən şirkətin Qəbələ, Lənkəran və Quba şəhərlərində istehsal müəssisələri fəaliyyət göstərir.







