Bakının 3 rayonunda elektrik şəbəkələri yenidən qurulur – 2.8 milyon manat ayrıldı

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərinin bir sıra rayonlarında elektrik təchizatının keyfiyatını yüksəltmək məqsədilə iri məbləğli tenderə yekun vurub.

Banker.az xəbər verir ki, satınalma müsabiqəsi Bakının Xəzər, Binəqədi və Sabunçu rayonları ərazisində gərginlik düşkülərinin aradan qaldırılması, eləcə də əhalinin və təsərrüfat subyektlərinin artan enerji tələbatının etibarlı qarşılanması üçün paylayıcı elektrik şəbəkələrində yenidənqurma işlərinin aparılmasını nəzərdə tutur.

Tenderin nəticələrinə əsasən, qalib addı “Rusnur Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Tərəflər arasında bağlanmış müqavilənin ümumi dəyəri 2 766 321 manat təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər