ABŞ Prezidenti Donald Trampın administrasiyası sərtləşdirilən immiqrasiya siyasəti çərçivəsində immiqrasiya vizaları üçün müraciətlərə baxılmasını dayandırıb.
Bu barədə Reuters ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən xəbər verib.
Qeyd olunub ki, çərşənbə axşamı ABŞ-ın dünyanın müxtəlif ölkələrindəki bütün səfirlik və konsulluqlarında qlobal təlim tədbirinə başlanılıb. Bununla əlaqədar viza xidmətləri üçün müraciətlərin qəbulu və görüşlərin təyin olunması təlim başa çatana qədər mümkün olmayacaq.
Reuters qeyd edir ki, Tramp administrasiyası deportasiyaların artırılması və immiqrasiya siyasətinin sərtləşdirilməsi istiqamətində genişmiqyaslı kampaniya aparır. Bu siyasət viza və yaşıl kartların ləğv edilməsini, həmçinin siyasi baxışlar və Fələstin tərəfdarı aksiyalarda iştirak da daxil olmaqla müxtəlif səbəblərlə müraciətlərin rədd edilməsini nəzərdə tutur.
ABŞ administrasiyası hesab edir ki, bu tədbirlər ölkənin daxili təhlükəsizliyinin gücləndirilməsinə yönəlib






