İyulda bank sektoruna 93 yeni işçi qatılıb

2026-cı ilin iyul ayının sonuna bank sektorunda çalışanların sayı 0.3% və ya 93 nəfər artaraq 27 555 nəfər təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Onu da qeyd edək ki, iyun ayının sonuna bank işçilərinin sayı 27462 nəfər olub.
31 iyul 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 504, şöbələrinin sayı 82, ATM-lərin sayı 3 505 olub.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər