2026-cı ilin avqust ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 723 milyon manata çatıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) göstəricilərinə istinadən xəbər verir.
Bu ilin iyulun 1-nə bu göstərici 719.3 milyon manat olub ki, bu da aylıq müqayisədə 0.5% artım deməkdir.
Bildirək ki, ölkədə problemli kreditlərin həcmində ötən ilin müvafiq dövrünə nəzərən isə 37% artım qeydə alınıb.






