Azərbaycanda bank kartların sayı 23 milyona ədədə çatır

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı müvafiq dövrə nəzərən 8.9% artaraq 22 milyon 785 min ədəd təşkil etmişdir.

Banker.az AMB-yə istinadən xəbər verir ki, ödəniş kartlarında debet kartlarının sayı 10.5% artmış, kredit kartlarının sayı isə 4.6% azalmışdır.

İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 13.9% artmışdır. 2026-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,712 mln. manat təşkil etmişdir.

Həyata keçirilən nağdsız ödənişlərin 8,455 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,255 mln. manatı POS-terminallar, 2 mln. manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.8%-ni təşkil etmişdir

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər