Tədrisi digər dillərdə aparılan VII siniflərdə “Azərbaycan tarixi” fənni Azərbaycan dilində tədris olunacaq

2026–2027-ci tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan VII siniflərdə “Azərbaycan tarixi” fənni Azərbaycan dilində tədris olunacaq.

Bu barədə cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu yanaşmanın növbəti illərdə mərhələli şəkildə yuxarı siniflərə də tətbiqi planlaşdırılır.

Qeyd edək ki, indiyə qədər analoji qayda 5 və 6-cı siniflərə aid idi.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər