Azərbaycanda istehlak kreditləri ilk dəfə 10 milyard manatı keçib

Azərbaycanda bankların istehlak kreditləri portfeli 10 milyard manat həddini keçib.

Banker.az-ın məlumatına görə, iyulun sonunda istehlak kreditlərinin həcmi 10 milyard 36,8 milyon manata çatıb. Bir ay əvvəl bu göstərici 9 milyard 917,3 milyon manat idi.

Beləliklə, təkcə iyul ayında istehlak kreditləri təxminən 119,5 milyon manat artıb.

Ötən ilin iyulunda istehlak kreditlərinin həcmi 9 milyard 2,2 milyon manat təşkil edirdi. Son bir ildə portfel 1 milyard 34,6 milyon manat və ya 11,5% böyüyüb.

Hazırda istehlak kreditləri bankların ümumi kredit portfelinin 31,3%-ni təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər