Kəlbəcərin Zar kəndində su təchizatı üçün 7 milyon manatlıq iş görüləcək

“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxsi Kəlbəcər rayonunun Zar kəndində su təchizatı ilə bağlı iri satınalma müsabiqəsinə yekun vurub.

Banker.az xəbər verir ki, layihə çərçivəsində Zar kəndinin xarici su təchizatı, tullantı su şəbəkəsi və müvafiq qurğularının tikintisi nəzərdə tutulur.

Tenderin nəticələrinə əsasən, işlərin icrası “Azərsutəchizattikinti” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunub.

Tərəflər arasında imzalanmış müqavilənin ümumi maliyyə dəyəri 7 076 879 manat təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər