İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın İrana qarşı “iqtisadi terrorizm” siyasəti ilə əlaqədar BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasının üzvlərinə məktub göndərib.
Bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Əraqçi məktubunda ABŞ-ın “iqtisadi terrorizm siyasətinə” münasibətdə İranın mövqeyini açıqlayıb.
İran xarici işlər naziri BMT-nin və bütün hökumətlərin ABŞ administrasiyasının “qanunsuz və cinayət xarakterli addımlarını pisləmək üçün hüquqi və mənəvi məsuliyyət daşıdığını” vurğulayıb.







