2 oktyabr 2026-cı il saat 11.00-da Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 1965- ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi bina 1, 413 nömrəli ünvanda “Finex Kredit” BOKT ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. Nizamnaməyə dəyişiklik edilməsi barədə müzakirə.
2. “Müşahidə şurasının fəaliyyət qaydaları”na dəyişiklik edilməsi barədə müzakirə.
3. Digər məsələlər.
Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələlərlə bağlı sənədlərlə hər həftənin çərşənbə axşamı günləri saat 12.00-dək tanış ola bilərlər.
Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb, nizamnamə kapitalı 2,912 milyon manatdır və qanuni təmsilçisi Leyli Məmmədovadır.







