“CİB Kapital İnvestisiya Şirkəti” QSC təşkilati-hüquqi formasını və nizamnamə kapitalının həcmini dəyişdiyini elan edib.
Banker.az xəbər verir ki, şirkət nizamnamə kapitalını 500 000 manatdan 190 000 manata endirərək 310 000 manat azaldıb.
Bununla yanaşı, cəmiyyət QSC (Qapalı Səhmdar Cəmiyyəti) formasından imtina edərək “CİB Kapital” MMC-yə (Məhdud Məsuliyyətli Cəmiyyət) çevrildiyini bəyan edib.
Xatırladaq ki, “CİB Kapital İnvestisiya Şirkəti”nin qanuni təmsilçisi Gündüz Gözəlovdur.






