Azərbaycanda bank əmanətlərinin böyük hissəsi Bakı iqtisadi rayonunun payına düşür.
Banker.az-ın məlumatına görə, iyulun sonuna olan rəqəmlərə əsasən, ölkə üzrə cəlb edilmiş əmanətlərin ümumi həcmi 17 milyard 896,7 milyon manat təşkil edib.
Bunun 15 milyard 674,5 milyon manatı Bakı iqtisadi rayonunda yerləşdirilib.
Beləliklə, ölkə üzrə əmanətlərin təxminən 87,6%-i Bakının payına düşür.
Abşeron-Xızı iqtisadi rayonunda əmanətlərin həcmi 707,4 milyon manat, Gəncə-Daşkəsən iqtisadi rayonunda isə təxminən 294 milyon manat təşkil edib.
Kreditlərdə də paytaxtın payı yüksəkdir. Ölkə üzrə 32,1 milyard manatlıq kreditlərin 24,46 milyard manatı Bakı iqtisadi rayonunun payına düşür.







