“Qala Həyat Sığorta” ASC-nin 2026-cı ilin yanvar-iyul ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.
Şirkət yanvar-iyul ayında 15.710 mln manat həcmində sığorta haqqı toplayıb. Bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 4% azalma deməkdir.
Ötən ilin eyni dövrünə bu göstərici 16.289 mln. manat təşkil etmişdir.
Xatırladaq ki, “Qala Həyat” Sığorta Şirkəti ASC 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,04 milyon manatdır. Onun səhmlərinin 50 %-i “AzRe Təkrarsığorta” ASC-yə, 10 %-i Kamal İbrahimova (Direktorlar Şurasının sədri), hər biri 7,2 % olmaqla İftixar Fərəov, Namiq Hətəmov, Cavid Mirhadıyev, Əbülfət Tağıyev və Mehman Yusifova, 4 %-i isə Vəliəhd Səfərova məxsusdur.







