Azərbaycan Prezidenti İlham Əliyev UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar “Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Sabah” futbol klubuna 5 milyon manat ayrılıb.
Maliyyələşmənin təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.
Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sərəncam 27 avqust 2026-cı ildə imzalanıb.
Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Makkabi” (Tel-Əviv) klubunu məğlub edərək turnirin liqa mərhələsinə vəsiqə qazanıb.







