2026-cı il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1100,0 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1103,3 min) pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 10,7 faizini təşkil edib.
Banker.az DSK-ya istinadən xəbər verir ki, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594,4 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 50,6 faizinə bərabər olub.







