ABŞ-də inflyasiyanın azalması hələ də nəzərəçarpacaq dərəcədə sürətlənməyib. Bu barədə FED sədri Kevin Uorş Cekson-Houlda keçirilən illik konfransdakı çıxışında bildirib.
May ayında FED sədri vəzifəsinə başladıqdan sonra ilk genişmiqyaslı çıxışını edən Uorş 2%-lik inflyasiya hədəfinin dəyişməz olaraq qaldığını təsdiqləyib.
“Mənim meyarım belədir: baza inflyasiyasının hədəfimizə aydın şəkildə və kifayət qədər sürətlə yaxınlaşdığına əmin olmalıyıq. Əks halda, görüləsi hələ çox işimiz var. Bu, bizim vəzifəmizdir”, – Uorş cümə günü bildirib.
O əlavə edib ki, hazırda maliyyə şərtləri məhdudlaşdırıcı xarakter daşımır və faiz dərəcələri FED-in mandatını yerinə yetirmək üçün “əsas alət” olaraq qalır.
Bununla belə, Uorş FED rəsmilərinin sentyabr iclasında faiz dərəcəsinin artırılmasını dəstəkləyib-dəstəkləməyəcəyinə dair konkret siqnal verməyib.
“Bu gün burada əvvəlcədən müəyyən edilmiş qərara deyil, intizama sadiq olaraq dayanmışam”, – FED sədri qeyd edib.
Uorşın çoxdan gözlənilən açıqlamaları onun ehtiyatlı kommunikasiya strategiyasının tənqid olunduğu bir dövrə təsadüf edib. İqtisadçılar və bazar iştirakçıları hesab edirlər ki, bu yanaşma iqtisadiyyatın və pul-kredit siyasətinin qısamüddətli perspektivləri ilə bağlı kifayət qədər aydınlıq yaratmır.







