Azərbaycan 2025-ci ildə 223,8 min ton avtomobil benzini idxal edib.
Banker.az-ın məlumatına görə, 2024-cü ildə ölkəyə 351,1 min ton avtomobil benzini gətirilmişdi. Beləliklə, benzin idxalı bir il ərzində 127,3 min ton və ya 36,3% azalıb.
2023-cü ildə benzin idxalı 153 min ton, 2022-ci ildə 299,9 min ton, 2021-ci ildə isə 155,1 min ton təşkil etmişdi.
Ötən il ölkəyə 30,7 min ton dizel yanacağı və 38,6 min ton reaktiv mühərrik yanacağı da idxal olunub.
Diqqətçəkən göstəricilərdən biri xam neft idxalıdır. Neft hasil edən Azərbaycan 2025-ci ildə xaricdən 1 milyon 340,1 min ton xam neft və qaz kondensatı alıb.
2024-cü ildə xam neft və qaz kondensatı idxalı 1 milyon 524,8 min ton olmuşdu. Bir il ərzində idxal təxminən 12,1% azalıb.






