Azərbaycanda qaz hasilatı tarixi maksimuma çatıb

Azərbaycanda neft hasilatının azalması fonunda təbii qaz hasilatı artmaqda davam edib.

Banker.az xəbər verir ki. 2025-ci ildə ölkədə ümumilikdə 50 milyard 907 milyon kubmetr qaz hasil olunub. Bu, təqdim olunan statistik sıra üzrə ən yüksək göstəricidir.

2024-cü ildə qaz hasilatı 50 milyard 430 milyon kubmetr olmuşdu. Beləliklə, illik artım 477 milyon kubmetr və ya təxminən 0,9% təşkil edib.

Ötən il hasil olunan qazın 15 milyard 411 milyon kubmetri səmt qazının, 35 milyard 496 milyon kubmetri isə təbii qazın payına düşüb.

Müqayisə üçün, 2020-ci ildə Azərbaycanda 37,1 milyard kubmetr qaz hasil edilmişdi. Beş il ərzində hasilat təxminən 13,8 milyard kubmetr və ya 37% artıb. 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər